`Bizi gözü götürməyən insanlar var` - Adil Əliyev

`Bizi gözü götürməyən insanlar var` - Adil Əliyev
  07 Mart 2015    Oxunub:2647
Nədən Avropanın qos-qoca ölkələri dura-dura ilk Avropa oyunları Azərbaycanda keçirilir?
Millət vəkili Adil Əliyev Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyası ilə bağlı çağırış edib.

AzVision.az xəbər verir ki, deputat soasial şəbəkə vasitəsilə hər kəsi bu kampaniyaya qarşı çıxmağa dəvət edib.

“Hansısa bir ölkədə olimpiadanın keçirilməsi üçün həmin ölkə birincisi, iqtisadi baxımdan bu yükü çiyninə götürə bilməlidir. İkincisi, onun buna mənəvi haqqı olmalıdır. Yəni ölkə özünün müasirliyi, tolerantlığı və sivilliyilə fərqlənməlidir. Azərbaycanın Avropa yay oyunlarına ev sahibliyi etməsi ölkəmizin bütün bu standartlara cavab verməsinin göstəricisdir”-deyə Adil Əliyev bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, ölkəmizi gözü götürməyən qüvvələr var. Onları narahat edən budur ki, elə də böyük olmayan bir müsəlman ölkəsi niyə qısa bir zamanda bu cür standartlara yiyələnə bildi?

“Nədən Avropanın qos-qoca ölkələri dura-dura ilk Avropa oyunları Azərbaycanda keçirilir? Olimpiya oyunları qabağı ölkəmizə qarşı aparılan qaryaxma kampaniyası məhz bundan irəli gəlir”.

AzVision.az


Teqlər:



Xəbər lenti