Metronun çıxışlarından biri bağlandı

Metronun çıxışlarından biri bağlandı
  07 Mart 2015    Oxunub:1722
“Gənclik” metrosunun çıxışlarından biri bağlanıb.
Bunu AzVision.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəriNəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda həmin stansiyada təmir işləri gedir:

“Keçidlər təmir olunur və mərmərlərin dəyişmə prosesinə başlanılıb. Orada eyni zamanda kommunikasiya xətləri də dəyişdiriləcəyi üçün bir istiqamətdəki (Tofiq Bəhramov adına stadion) giriş-çıxış müvəqqəti bağlanıb. Amma digər giriş-çıxışlar açıqdır. Bu təmir xüsusilə sərnişinlərin az olduğu həftə sonu və bir gün qeyri-iş günü nəzərə alınaraq aparılır. Təmirə bağlanan giriş-çıxış gələn həftənin ilk iş gününə qədər açılacaq”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti