Rafiq Əliyev Azərbaycana gəldi və getdi...

Rafiq Əliyev Azərbaycana gəldi və getdi...
  07 Mart 2015    Oxunub:4691
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev Azərbaycana gəlib.

Bu barədə AzVision.az-a R.Əliyevin yaxınları məlumat verib. Bildirilib ki, R.Əliyev bir müddət öncə rəhmətə gedən balaca qardaşı Sudeyif Əliyevin dəfn mərasimində iştirak edə bilməsə də sonradan Cəllilabadın Alar kəndinə gəlib.

“Rafiq Əliyev kənddə bir həftə qaldı. O, qardaşının dəfn mərasiminə gələ bilməmişdi. Ona görə də Azərbaycana sonradan gəldi. Qardaşına yas mərasimi keçirdi. Bir həftə olar ki, o Azərbaycandan gedib”.

Qeyd edək ki, ötən il prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılan sabiq nazir Fərhad Əliyev və qardaşının Londonda yaşadığı bildirilir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti