Bayramda yarmarkalar təşkil olunacaq

Bayramda yarmarkalar təşkil olunacaq
  09 Mart 2015    Oxunub:1594
Bakı şəhərində bir neçə yerdə 14-19 mart 2015-ci il tarixlərində yarmarkalar təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.

Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcəkdir.

AzVision.az



Teqlər:



Xəbər lenti