Putin Əli Həsənov və Oqtay Əsədovu təltif etdi

Putin Əli Həsənov və Oqtay Əsədovu təltif etdi
  09 Mart 2015    Oxunub:2828
Rusiya Prezidenti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Milli Məclisin spikeri Oqtay Əsədovu təltif edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Milli Məclisin spikeri Oqtay Əsədovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Belə ki, 2015-ci il martın 5-də imzalanmış fərman RF-nin hüquqi informasiya portalında dərc olunub.

Fərmanda bildirilir ki, Oqtay Əsədov və Əli Həsənov "Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə" görə təltif ediliblər.(trend)

AzVision.az


Teqlər:  



Xəbər lenti