MUZ TV ittiham etdi

MUZ TV ittiham etdi
  10 Mart 2015    Oxunub:2236
“MUZ TV-Azərbaycan” ictimaiyyətə müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

“Çox dəyərli həmkarlarımız və ictimaiyyət nümayəndələri! Azərbaycanın ilk və yeganə musiqi kanalı www.muztv.az vasitəsiylə yayımlanan “MUZ TV AZƏRBAYCAN” televiziyasıdır. İncəsənətimizin təbliğatı sahəsində yeni imkanlar açan musiqi kanalı 2012-ci il 11 may tarixindən fəaliyyət göstərir. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edib, musiqiylə bağlı informasiya bürosu eksklüziv xəbərlər, proqramlar hazırlayıb və yayıb. “MUZ TV AZƏRBAYCAN” Azərbaycanın milli musiqisi ilə yanaşı, klassik və müasir Avropa, eləcə də dünya musiqisinin müxtəlif janrlarının ən yaxşı nümunələrini tamaşaçılara təqdim etməyə nail olub. “MUZ TV AZƏRBAYCAN” yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsini uğurla gerçəkləşdirib”.

Müraciətdə “Muz tv”-nin “UNİVİSİON” Beynəlxalq Mahnı Yarışmasının ölkə ərazisində ilk yayımçısı olduğu da vurğulanır:

“Bu, gənc nəslə verdiyimiz önəmin əhəmiyyətinin bariz nümunəsidir. Bu müddət ərzində fəaliyyətimizi piardan uzaq dayanmaqla qurmağımızın bircə köklü səbəbi olub: hər zaman dəyərlərimizə söykənən musiqimizin hansısa məqsədlərlə istifadəsinin əleyhinə olmuşuq.

Təəssüflər olsun ki, kimlərsə öz komersiya maraqlarını genişləndirmək məqsədiylə Azərbaycan musiqisi brendindən istifadə etmək qərarına gəlib və Azərbaycandan milyonlarla kilometr uzaqlarda qeydiyyatdan keçirdiyi tezliklər vasitəsiylə musiqi kanalı statusuna yiyələnməyə çalışırlar. Nəzərinizə çatdırrıq ki, bu kimi halları pisləyir, hər kəsi milli dəyərimiz olan milli musiqimizin qorunması uğrunda birgə fəaliyyətə çağırırıq. İctimaiyyəti və medianı saxta brendlərlə yanıltmağa çalışan strukturların fəaliyyətlərinin daha şəffaf qurulmasını arzulayırıq. Bir daha fəxrlə bildiririk ki, Azərbaycanın ilk və yeganə musiqi kanalı www.muztv.az vasitəsiylə yayımlanan “MUZ TV AZƏRBAYCAN”dır”.

Qeyd edək ki, bu il aprelin əvvəlində Azərbaycanda "Azerbaijan Music Channel" (AMC) adlı musiqi telekanalı yayıma başlayacaq. Telekanalın bu sahədə ilk olduğu iddia edilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti