Bu marketlər alıcıları aldadır

Bu marketlər alıcıları aldadır
  07 Mart 2015    Oxunub:853
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus “Mono”, eləcə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında “Azeri Retail” MMC-yə məxsus “Frecko” marketlərdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.


Teqlər:



Xəbər lenti