TQDK-nin müşavirəsi təxirə salındı
Qeyd olunub ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mart ayının 15-də rezidenturaya qəbul imtahanı və peşə liseylərinin məzunları üçün buraxılış imtahanları keçirəcəkdir. Bununla əlaqədar olaraq Komissiya tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələri təxirə salınır.
TQDK tərəfindən respublikanın 9 rayonunda 2014/2015-ci tədris il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinin keçirilməsi nəzərdə tutulurdu. Zona müşavirələrinin Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacağı açıqlanmışdı.
Sevinc
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


