Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
  11 Mart 2015    Oxunub:1479
3-10 mart tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib.
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Samux rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən 3 nəfər naməlum şəxs saxlanılıb.
Onlardan 3 ov tüfəngi, 6 patron götürülüb və barələrində qanunamüvafiq qaydada akt tərtib olunub. Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

AzVision.az


Teqlər:



Xəbər lenti