Avropa Oyunlarında toy və yasa qadağa qoyulmayacaq

Avropa Oyunlarında toy və yasa qadağa qoyulmayacaq
  11 Mart 2015    Oxunub:1846
“Avropa Oyunları zamanı toy və yas mərasimlərinə heç bir qadağa qoyulmayacaq”.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

Nazir bildirib ki, I Avropa Oyunları müddətində Bakıda xeyir-şər tədbirlərinin qarşısı alınmayacaq: "Kim istəsə, toy edə, Allah eləməsin, kiminsə ölüsü olsa, çadır qura bilər".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti