Əli Kərimlinin "sağ əli" sərxoş tutulub

Əli Kərimlinin "sağ əli" sərxoş tutulub
  11 Mart 2015    Oxunub:1564
Daxili İşlər Nazirliyi AXCP Sumqayıt şəhər təşkilatının sədri İsa Qurbanovun həbsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com-a deyib ki, İsa Qurbanov avtomobili sərxoş vəziyyətdə idarə edərkən Yol Polisi onu saxlayıb:

`Qanunvericiliyə uyğun olaraq dərhal həkim müayinəsindən keçirilib və sərxoş olduğu müəyyən edilib. Avtomobili sərxoş vəziyyətdə idarə etməkdə təqsirləndirilən İ.Qurbanov məhkəməyə aparılarkən polis əməkdaşlarına tabesizlik də göstərib.

Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 5 sutkalıq inzibati həbs qərarı verib. Onun həbsinin siyasi fəaliyyəti ilə qətiyyən əlaqəsi yoxdur. Vəzifəsindən, siyasi və dini baxışından asılı olmayaraq hər kəs qanunların tələbinə riayət etməlidir`.


Teqlər:



Xəbər lenti