AŞPA məruzəçisi Bakıda

AŞPA məruzəçisi Bakıda
  12 Mart 2015    Oxunub:1373
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Uolter Azərbaycana gəlib.
AzVision.az-ın məlumatına görə, səfər zamanı məruzəçinin Azərbaycan prezidenti, parlament sədri, xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşləri nəzərdə tutulub. Səfər çərçivəsində R.Uolter, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və AŞPA-dakı Azərbaycan nümayəndə heyəti ilə görüşəcək.

Məruzəçinin, həmçinin qaçqınlar və məcburi köçkünlərlə, dağlıq Qarabağmünaqişəsi məsələsi ilə məşğul olan ictimai cəmiyyət və birlik nümayəndələri ilə görüşləri də planlaşdırılır.

Xatırladaq ki, Böyük Britaniyadan olan deputat Robert Uolter 2014-cü ilin oktyabr ayında AŞPA-nın payız sessiyasında Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunan ərazilərində vəziyyətin gərginləşməsi üzrə məruzəçi təyin olunub.


Teqlər:



Xəbər lenti