II sınaq imtahanının vaxtı bilindi

II sınaq imtahanının vaxtı bilindi
  12 Mart 2015    Oxunub:1502
İkinci sınaq imtahanına yazılış vaxtı müəyyən olunub.
TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də keçiriləcək.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 17-dən etibarən aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

AzVision.az


Teqlər:  



Xəbər lenti