`Ramil Usubovun oğlu əlbəyaxa döyüşlə məşğuldur`
Bu barədə AzVision.az-a E.Behbudov özü məlumat verib. O, görüşün yaxın günlərdə baş tutacağını qeyd edib:
“Çox güman ki, Novruz bayramından sonra Daxili İşlər naziri Ramil Usubovla görüşəcəm. Görüşdə apardığımız monitorinqlərin yekunları və insan haqlarının pozulması hallarını müzakirə edəcəyik”.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, Ramil Usubovun böyük oğlu Emil Usubov Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisidir.
Onun sözlərinə görə, indiyədək həmin idarə ilə bağlı onlara heç bir şikayət daxil olmayıb:
“Emil Usubovun rəisi olduğu Təhqiqat İdarəsindən bu günə qədər bizim idarəyə heç bir şikayət daxil olmayıb. Emil Usubovla görüşməkdə heç bir problem yoxdur. İstədiyim vaxt ona zəng edib, hər hansı bir şikayətlə bağlı onunla görüşmək istədiyimi deyə bilirəm. Əgər hər hansı bir şikayət varsa, Emil Usovun özünə zəng edib deyəcəyəm. Hazırda onunla görüşməyə ehtiyac yoxdur”.
Daha sonra. E. Behbudov Təhqiqat İdarəsinin rəisi ilə olan münasibətlərindən söhbət açıb:
“Emil Usubov çox səmimi oğlandır. O, özü əlbəyaxa döyüşlə məşğul olur. O, bu döyüş üsulunu çox yaxşı bacarır. Onunla yaxşı münasibətimiz var. Emil Usubova çox hörmət edirəm. O da mənə çox hörmət edir. Eminin insani keyfiyyətləri çoxdur”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


