Bakıda mühəndis iş yoldaşlarının gözü önündə can verdi

Bakıda mühəndis iş yoldaşlarının gözü önündə can verdi
  12 Mart 2015    Oxunub:1764
Azərbaycan Respublikasında Rusiya Dəniz
Gəmiçiliyi Registri Qapalı Tipli Səhmdar Cəmiyyətində ölüm hadisəsi baş verib.
AzVision.az milli.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu, Vidadi küçəsi 119-da yerləşən Dəniz Registrində mühəndis işləyən 58 yaşlı Hüseynağa Rizvanov qəflətən dünyasını dəyişib.

O, iş başında olarkən halı pisləşib. Köməklik edilməsinə baxmayaraq iş yoldaşlarının gözləri qarşısında canını tapşırıb.

Onun ürək-damar çatışmazlığından vəfat etdiyi ehtimal olunur.


Teqlər:  



Xəbər lenti