ANS-ə hücum edildi - VİDEO
Şikayətçi Sürəyya Mərdəliyevanın sözlərinə görə, 8 mart günüdə ev qız-olğlanla dolu olub, səs-küydən qulaq tutulurmuş.
Sonra müsahibimlə birlikdə Zülfiqar Nəbilinin yaşadığı mənzilə gəldik. Zülfiqar Nəbili qapını açar-açmaz bizi təhqir edərək, üstümüzə hücum çəkdi - mikrafon və kameramıza əl ataraq.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin rəhbəri Babək Tatlıyev bildirdi ki, artıq həmin ünvana baxış keçirilib. Buna görə də şikayətçi xanım məhkəməyə müraciət etməlidir.
“Bu məsələ qarşılıqlı razılıq əsasında sülhlə həll olunmalıdır. Əgər tərəflər öz aralarında razılıq əldə edə bilmirlərsə, o zaman məhkəməyə müraciət etməlidirlər”.
İndi Sürəyya xanım ya məhkəməyə müraciət etməli, ya da “Qonşun pisdir, köç qurtar” atalar sözünü əsas tutaraq yeni mənzil axtarışına çıxmalıdır.







Vaxtında, Aydın, Lazımlı!


