Cəmil Həsənlinin profili

Cəmil Həsənlinin profili
  13 Mart 2015    Oxunub:3703
Mehman Muradlı

Uzun müddətdir qrant müxalifəti mitinq planlıyırdı. Hazırlıq çox uzun çəkdi. Əvvəlcə 3-5 nəfərlik elektoratı əllərində olan bütün texnoloji vasitələrlə (`texnoloji vasitə` deyəndə smartfon, kompüter və planşetlər nəzərdə tutulur) unitaz və `qarşok`da otura-otura sosial şəbəkədəki saxta profillərilə mitinqə dəvət etdilər. Gördülər bu texnologiya işə yaramır.


Bütün “dahi” fikirləri tualetdə ağıllarına gəlir. Və budur, ağıllarına “dahi” fikir gəlib: Cəmil Həsənlinin profili dağıdılıb.
Əslində Əli Kərimlini qınamaq olmaz. “Cəmil Həsənlinin profilinin dağıdılması” fikri Əli Kərimlinin hava-su kimi dadına yetdi. Uğursuzluğunu bu cür sığortalayacaq və manqurt tərəfdarlarını “hakimiyyət Cəmil Həsənlinin profilini dağıtdı” fikri ilə inandıra biləcək.

Belə olmasaydı, eyni vaxta Əli Kərimli 3-5 tərəfdarı ilə 300-500 saxta profildən tualet kağızı fikrini paylaşmazdı. Əslində bu “tualet kağızı” texnologiyası yeni deyil. İllərlə nökərçiliyini etdiyi təşkilatların Şərqdə sınaqdan uğurla çıxmış texnologiyasıdır. Hazırda bu texnologiyadan İŞİD terror qrupu uğurla istifadə edir və avam şərqlini nəzarətdə saxlaya bilir.

Bu il parlament seçkisidir və Əli Kərimli nə yolla olur-olsun (burada axırıncı yol da nəzərə alınıb) nökəri olduğu təşkilatların havasını çalmağa tam hazır olduğunu sübut etməlidi. Kərimli bu missiyanı “layiqincə” yerinə yetirir. Bəlkə də onun qarşısına qoyulan tapşırıqdan daha çox. Bu yerdə deyirlər: papadan daha fazla katolik.

Adamın başının üstündə allah var, qeyd eləməsəm, düz gəlməz. Əli Kərimlidə bu aralar müsbətə doğru inkişaf da olub. Belə ki, o, artıq statuslarını 3 min işarədən 2 minə endirib. Bu, Əli Kərimli üçün böyük inkişafdır.

Əli Kərimlidən söz düşmüşkən onun mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Cəmil Həsənlini yada salmamaq insafsızlıq olardı. Söhbəti çox uzatmayım. Cəmil Həsənli ahıl yaşında Əli Kərimlinin oyununa gəldiyini gec də olsa, anlayıb və istənilən formada bu oyundan çıxmağa cəhd edir. Deyə bilmərəm cəhdi uğurlu alınır. Sadəcə bildiyim odur ki, oyundan çıxmaq üçün cəhdin özü də təqdir edilməlidir.

Bu işdə Cəmil Həsənlinin qarşısını bir məsələ kəsir. O da virtuallaşan müxalifətin lideri Əli Kərimlidə Cəmil Həsənlinin profilinin parolunun olmasıdır.

Əli Kərimli ustalıqla bu məsələdən istifadə edir və professoru şantaj etməkdən belə çəkinmir. Belə olmasaydı, Cəmil Həsənli candərdi və uğursuz mitinq şuarı yazmazdı.

Əli Kərimli nəinki öz tərəfdarlarını, hətta illərin Cəmil Həsənlisini dalana dirəyib. Cəmil müəllimin Əli Kərimlidən qurtulmaq üçün yeganə yolu “dalana son” hayqırtısıdır. Bu hayqırtını Cəmil müəllim özünəməxsus formada bildirmək istəyir. Kərimlinin şantajının qarşısında bu hayqırtını eşidən olacaqmı? Bunu zaman göstərəcək.
P.S. Şantajın ömrü 40 gündür




Teqlər:  





Xəbər lenti