`Bakı 2015`-də idmançılar bu yollardan keçəcəklər

`Bakı 2015`-də idmançılar bu yollardan keçəcəklər
  13 Mart 2015    Oxunub:1468
"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata əsasən, İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə həyata keçirilən işlər sürətlə davam etdirilir.
İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut - Ziya Bünyadov pr-20 yanvar dairəsi-Moskva prospekti-20 Yanvar tuneli-Bakı-Sumqayıt yolundan geriyə-Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14km hissəsini əhatə edəcək.

Hazırda sözü gedən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti