“Çelsi” Mourinyo ilə müqaviləni uzadır

“Çelsi” Mourinyo ilə müqaviləni uzadır
  13 Mart 2015    Oxunub:2002
İngiltərənin “Çelsi” klubu “Çempionlar Liqası”ndan kənarlaşmasına baxmayaraq baş məşqçi Joze Mourinyo ilə müqaviləni artırmaq niyyətindədir.
Bu barədə AzVision.az Britaniya KİV-nə istinadən xəbər verir.

Mourinyonun klubla hazırki müqaviləsinin müddəti 2017-ci ilin yayına qədərdir.

Qeyd edək ki, martın 11-də Çempionlar Liqasının 1/8 mərhələsində “Çelsi” Londonda Fransanın “PSJ” klubu ilə qarşılaşıb. Oyun 2-2 hesabı ilə başa çatıb. Parisdə baş tutan ilk oyun 1-1 hesabı ilə başa çatdığından növbəti mərhələyə Fransa təmsilçisi qalib gəldi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti