Mitinqdə 600 nəfər iştirak edib - Rəsmi məlumat

Mitinqdə 600 nəfər iştirak edib - Rəsmi məlumat
  15 Mart 2015    Oxunub:2535
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinq ilə bağlı məlumat yayıb.
AzVision.az-ın məlumatına görə, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 (altı yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib", - məlumatda deyilir.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

AzVision.az


Teqlər:  



Xəbər lenti