`Bakı-2015`in püşkü atıldı

`Bakı-2015`in püşkü atıldı
  16 Mart 2015    Oxunub:1898
“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. Bunlar Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstandır.
Azvision.az-ın məlumatına görə, bu haqda `Fairmont Baku` mehmanxanasında “Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə iştirak edəcək millilərin təqdimat mərasimində məlumat verilib.

Yığmamız A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq. B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan qərarlaşıb.

Azvision.az


Teqlər:  





Xəbər lenti