Deputatlarımız İrəvana getməkdən imtina etdilər
AzVision.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti sessiyada iştirakdan imtina edib. Bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat yayıb.
E.Süleymanov deyib ki, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illər ərzində davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının işğalçı Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti şəkildə öz etirazını bildirib. Nümayəndə heyətimiz haqlı olaraq öz tələblərində israrlılıq nümayiş etdirib və Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib.
Azərbaycan nümayəndə heyəti sessiyada iştirakdan imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb. Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənib. Qeyd olunan bu düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və həmin ərazilərin dərhal və qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


