19 saxta diplomlu həkim aşkarlandı

19 saxta diplomlu həkim aşkarlandı
  16 Mart 2015    Oxunub:2771
Azərbaycan Səhiyyə Nazirliyi bu il aşkarladığı 19 saxta diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
AzVision.az Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2015-ci ilin son iki ay ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 86 şikayətə nazirlikdə baxılıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 71 şikayət əsassızdır.

Bundan əlavə görülmüş yoxlama tədbirləri nəticəsində 19 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti