Aclıq edən məhkum danışdı

Aclıq edən məhkum danışdı
  16 Mart 2015    Oxunub:1689
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş müraciətin araşdırılması olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Müraciətlə əlaqədar 1 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanıldığı kamerada qəbul edilən məhkum Elşən Paşayev söhbət zamanı vaxtından əvvəl şərti azad olmasına dair iddia tələbinin məhkəmədə təmin olunmaması səbəbindən aclıq aksiyası keçirdiyini bildirib.

E.Paşayev, həmçinin səhhəti ilə bağlı narahatlığının olmadığını, həkim nəzarətində olduğunu, müəssisə əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını, təklif olunan yeməkdən özü imtina etdiyini, lakin sudan imtina etmədiyini bildirib. Bu barədə müvafiq sənədləşmənin aparıldığı məlum olub.

MPQ üzvləri E.Paşayevə aclıq aksiyasını dayandırmağı, müəssisənin daxili rejim qaydalarına riayət etməyi tövsiyə edib, habelə ona ombudsmanın səlahiyyətləri barədə məlumat verib, maarifləndirici söhbət aparıblar.

Başçəkmənin sonunda müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.


Teqlər:  



Xəbər lenti