Bazarlarda yoxlama aparılıb
Komitədən AzVision.az-a verilən məlumata görə, monitorinq ticarət şəbəkələrindən seçilmiş ümumilikdə 43 adda məhsullar arasında aparılıb. Yoxlanılan 20 məhsul yerli istehsal, 23 adda isə xarici istehsaldır.
Yoxlanılan 7 adda çörək və makaron məmulatlarından 3 adda yerli məhsul, 4 adda xarici məhsul olub. Yoxlanılan 13 adda ət məhsullarından 10-u yerli, 3 adda isə xarici məhsul təşkil edib. 5 adda süd məhsullarından 2-si yerli, 3-ü isə xaricdə istehsal edilən məhsullar olub.
Unlu qənnadı məmulatlardan 6 adda məhsul monitorinqə cəlb olunub ki, bunun da hamısı xarici məhsullar olub. Yoxlamalar aparılan 2 adda alkoqolsuz içkilər arasında 2 adda yerli məhsul mövcud olub.
İki adda şəkərli qənnadı məmulatlarından ikisi də xarici məhsul, 2 adda konservləşdirilmiş məhsulların da hamısı xarici məhsullar olub.
Həmçinin yoxlamalar zamanı 6 adda müxtəlif qablaşdırılmış məhsullar arasında 3 adda yerli məhsul, 3 adda xarici məhsul mövcuddur.
Məlumata görə, yoxlanılan məhsulların aparılan analizlərin nəticələri göstərir ki, 39 adda və ya 90,7% adda məhsulun analiz cavabları müsbət olub. 4 adda və ya 9,3% məhsulun analiz nəticələri mənfi çıxıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


