Bakının əsas küçələrindən biri bağlanır

Bakının əsas küçələrindən biri bağlanır
  17 Mart 2015    Oxunub:1417
Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Nəqliyyatı İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Ağa Nemətulla küçəsindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti