SABAH qruplarında tələbələrin sayı artırılacaq
M.Cabbarov bildirib ki, hazırkı dövrdə bizim üçün əsas məsələlərdən biri təhsil sisteminin əmək bazarının tələblərinə uyğun şəkildə qurulmasıdır.
Nazirin sözlərinə görə, SABAH qruplarında tədrisə iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələri cəlb edilir: “Bu layihə genişləndiriləcək. Növbəti tədris ilindən bu qruplar indikindən ən azı iki dəfə çox tələbə qəbul edəcək”.
M.Cabbarov əlavə edib ki, hazırda SABAH qruplarında Azərbaycanın ali məktəblərində 33 ixtisas üzrə 688 bakalavr təhsil alır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


