AzVision.az-ın məlumatına görə, prezidenti Türkiyənin təhsil naziri Nabi Avcı qarşılayıb. Daha sonra İlham Əliyev Qarsda Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident N.Avcı ilə birgə parkı gəzərək Qarsın çox dəyişdiyini bildirib.
Bundan sonra isə prezident istirahət üçün Yusifpaşa küçəsindəki Çeltikov otelinə gedib.
Qeyd edək ki, prezidenti Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov da müşayiət edir.
Prezidentin səfərindən fotoları təqdim edirik:
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


