Baş nazir: “Xalqın rifahı yüksəlib”
Onun sözlərinə görə, bu da ölkənin xarici borcunu 8 dəfə üstələyir:
“Ölkədə yaşa görə pensiya 192 manata çatıb. Yoxsulluq səviyyəsinin azaldılması yenə də hökumətin diqqət mərkəzində saxlanılıb və nəticədə ölkədə yoxsulluq həddi 5%-ə düşüb. Məcburi köçkün və qaçqınların yaşayış səviyyəsinin yüksəldilməsi də diqqətdə saxlanılıb. Hesabat ilində onlar üçün 6 yeni qəsəbə salınıb, 4 min məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Məcburi köçkünlərin mənzillə təminatı yaşayış səviyyəsinin yüksəldilməsinə 630 mln. manat vəsait ayrılıb”.
Baş nazir onu da qeyd edib ki, hesabat ilində yeni müəssisələrin sayı 16% artıb, bölgələrdən vergi daxilolmlarında 9,4% artım qeydə alınıb: “Beynəlxalq maliyyə qurumları ilə layihələrlə 978 mln. dollar kredit sazişi imzalanıb. 2014-cü ilin sənaye ilinin olması iqtisadiyyatın şaxələndirilməsində öz rolunu oynayıb. Nəticədə ölkədə 230 yeni sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatı da daim hökumətin diqqətində saxlanılır. 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi də bu sektorun gələcək inkişafına hesablanmış mühüm qərarlardandır”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


