`Siz nə vaxtdan Hacı olmusunuz?` - Spikerdən deputata

`Siz nə vaxtdan Hacı olmusunuz?` - Spikerdən deputata
  17 Mart 2015    Oxunub:4203
Bu gün Milli Məclisdə hökumətin hesabatında maraqlı məqam yaşanıb.
AzVision.az xəbər verir ki, deputat Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan əlavə daha beş dəqiqə artıq danışmaq istədiyini deyib.

Deputat Həcc ziyarətində olan həmkarı Madər Musayevin öz çıxış vaxtını ona verdiyini qeyd edib və əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq.

Spiker Oqtay Əsədovun isə buna cavabı çox maraqlı olub: “Siz nə vaxtdan hacı olmusunuz? Sizə kim vaxtını verib?”.

Zahid Oruc belə cavab verib:

“Deputat həmkarım Hacı Madər 5 dəqiqəlik çıxışını mənə həvalə etdi. Həm də qeyd etdi ki, inşallah növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”.

Spiker də “ Elə buna görə də, əlavə vaxt vermirəm”, deyə, deputata cavab verib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti