Jurnalistika üzrə qeydiyyat başladı

Jurnalistika üzrə qeydiyyat başladı
  18 Mart 2015    Oxunub:1531
Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı (sorğu anketi) başlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a daxil olan məlumata görə, bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17:00-da başa çatacaq.

Bakalavrlar BURADAN qeydiyyatdan keçə bilər.

TQDK xəbərdarlıq edir ki, "Jurnalistika" ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçən bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart 2015-ci il tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti