Gənclərə 900 manatlıq iş təklifi
Xəbərdə deyilir ki, “Nizami” kino mərkəzində (Bülbül prospekti 20) təşkil olunan tədbirdə 47 müəssisə üzrə 500 boş (vakant) iş yeri təklif olunacaq. Boş iş yerləri üzrə əmək haqqı isə 250-900 manat arasında dəyişir.
Bundan əlavə, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-ı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.
Nazirlikdən onu da qeyd ediblər ki, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar əmək birjası təşkil olunacaq.







Vaxtında, Aydın, Lazımlı!


