Məmmədyarov həmkarı ilə görüşdü

Məmmədyarov həmkarı ilə görüşdü
  18 Mart 2015    Oxunub:1088
Bu gün Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti Azərbaycan Respublikasında rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlər arasında həm ikitərəfli, həm də geniştərkibli görüş keçirilib.

Müzakirələrdə iki ölkə arasındakı əlaqələr, regional və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.


Teqlər:



Xəbər lenti