Qurbanov 40 dəqiqəlik yoldan danışdı

Qurbanov 40 dəqiqəlik yoldan danışdı
  18 Mart 2015    Oxunub:1373
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-dən AzVision.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verdi.

Sonra SYSTRA məsləhətçi şirkəti tərəfindən təkmilləşdirilməsi nəzərdə tutulan Bakı-Sumqayit dəmir yolu xəttinin müxtəlif variantlarını özündə əks etdirən çarx nümayiş olundu.

C.Qurbanov Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasının əhəmiyyətindən, əhalinin sərnişindaşımaya olan tələbatının bu istiqamətdə ödənilməsindən və avtomobil nəqliyyatına alternativ dəmir yolunun yaradılmasının zərururiyyətindən danışdı.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Olly Norojono çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirdi.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alındı.


Teqlər:  



Xəbər lenti