Tərtərdə Novruz şənliyi - FOTOLAR

Tərtərdə Novruz şənliyi - FOTOLAR
  18 Mart 2015    Oxunub:2714
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzi meydanında Novruz bayramı qeyd olundu.
Şənlikdə 7 mindən çox rayon sakini iştirak etmişdir. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. Meydanda tonqal yandırılmış, milli geyimdə olan atlıların, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb. Gül-çiçək, səməni və xonçalarla bəzədilmiş meydana Bahar qız faytonla daxil olub,

Azərbaycanın bayrağını əllərində tutmuş gənclər at belində onu müşayət ediblər. Bahar qızın gəlişi bayram tədbirini daha da şənləndirib.

Sonra rayonun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik edib. Rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən idarə, müəssisə işçiləri rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Tədbirdə çıxış edən əməktər artis Gülüstan Əliyevanın və “Kür” ansamblının rəngarəng musiqi nömrələri hər kəsin ürəyincə olub.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev də tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik edib.









Teqlər:



Xəbər lenti