Zakir Həsənov səfirlə görüşüb

Zakir Həsənov səfirlə görüşüb
  18 Mart 2015    Oxunub:1325
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xəlilini qəbul edib.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zakir Həsənov Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Səfir M.Xəlili öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.


Teqlər:



Xəbər lenti