Əfv sərəncamının icrası başa çatdı

Əfv sərəncamının icrası başa çatdı
  19 Mart 2015    Oxunub:1372
Azərbaycan prezidenti İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrası başa çatıb.
Bu barədə AzVision.az-a Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti