Nazirlik daha bir mağazanı cərimələdi

Nazirlik daha bir mağazanı cərimələdi
  19 Mart 2015    Oxunub:1576
İqtisadiyyat və Sənaye Nazirliyi daha bir marketdə süni qiymət artımının qarşısını alıb.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AzVision.az-a verilən məlumata görə, Xidmət tərəfindən istehlak bazarında aparılam nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə məxsus uşaq geyimləri mağazasında malların nəzarət kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti