Bakı-Quba yolunda 6 avtomobil toqquşub

Bakı-Quba yolunda 6 avtomobil toqquşub
  23 Mart 2015    Oxunub:1408
Meteoroloji şərait düzgün seçilməməsindən zənzirvari yol qəzası baş verib.
"Azəryolservis" ASC-dən AzVision.az-a verilən məlumata görə, martın 23-ü təxminən saat 11:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 19-cu km-də şəhərə gəliş istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Meteoroloji şərait düzgün seçilmədiyi üçün 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təsərrüfatına ziyan dəyib.

Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları ilə birgə baş vermiş hadisə ilə bağlı akt tərtib olunub. Qəza nəticəsində 77,4 pm əyrixətli tir sıradan çıxıb. Hazırda avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində iş aparılır.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti