İlham Əliyev Sinqapur prezidentinə başsağlığı verdi

İlham Əliyev Sinqapur prezidentinə başsağlığı verdi
  23 Mart 2015    Oxunub:1160
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Toni Tan Kenq Yama başsağlığı verib.

Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

AzVision.az


Teqlər:



Xəbər lenti