Bakıda avtoxuliqan həbs edilib

Bakıda avtoxuliqan həbs edilib
  24 Mart 2015    Oxunub:1594
Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 24-də Şüvəlan qəsəbəsi ərazisində Aysən Həsənov idarə etdiyi “İnfiniti” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Martın 19-da Nərimanov rayon Məhkəməsi tərəfindən A.Həsənov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 25 gün müddətinə həbs edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti