İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  25 Mart 2015    Oxunub:1923
Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu ünvanlayıb. AzVision.az həmin məktubu təqdim edir:
Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim sülh və rifah arzulayıram.

AzVision.az


Teqlər:  



Xəbər lenti