Avro yenidən revanş götürür?

Avro yenidən revanş götürür?
  25 Mart 2015    Oxunub:3090
Avropa pulu son həftədə 5.5 faiz dəyər qazanıb.
Martın 16-da 1.04 dollara satılan avro bir həftə ərzində 5.5 faiz dəyər qazanaraq məzənnəsini 1.10 dollaradək yüksəldə bilib. Uzun müddətli dövrdə ucuzlaşan Avropa pulu son 1 ildə ilk dəfə olaraq həftəlik yekunda 5 faizlik artım limitini keçə bilib.

Iqtisadçı Vüqar Bayramovun AzVision.az-a verdiyi məlumata görə Avrozonada iqtisadi vəziyyətdə ciddi dəyişikliklər olmasa da proqnozlaşdırıldığı kimi avronun məzənnəsinin uzunmüddətli azalması yenidən kursun güclənməsi ilə əvəz olundu. Onun sözlərinə görə , avronun məzənnəsinin azalması daha çox Avropadan kənar faktorlar ilə bağlıdır. Belə ki, son 1 ildə avronun kəskin dəyərsizləşməsi ABŞ-ın ixrac imkanlarını xeyili azaltmaqla yanaşı, eyni zamanda Amerikada idxalin ucuzlaşmasına gətirib çıxarmışdır.

`2015-ci ilin ilk ayında istehlak məhsulları indeksi 7 faiz azalan ABŞ üçün investisiyanı stimullaşdıran inflyasiyaya malik olmaq artıq ciddi problemə çevrilib. Eyni zamanda ABŞ ilə yanaşı digər inkişaf etmiş ölkələrin o cümlədən Yaponiyanın məhsulları Avropa bazarında bahalaşaraq rəqabət qabiliyyətini hiss edilən dərəcədə itirmişdir. Bu baxımdan, əslində avronun məzənnəsinin son azalmalar inkişaf etmiş ölkələrin, xüsusən ABŞ-ın mövcud monetar siyasəti ilə bağlıdır.

Avonun məzənnəsinin son artımları Bakının əksər valyuta dəyişmə məntəqələrində avronun satışının dayandırılmasına səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankı manatın avroya məzənnəsini müəyyənləşdirən gün avronun dollara kursu 1.06 dollar idi. Sonuncu dəfə, martın 19-da manatın avroya məzənnəsini 1 Avro 1.1290 manat kimi rəsmilləşdirən baş bankda bayram əhval-ruhiyyəsinin davam etməsinə baxmayaraq dünya, eləcə də avropa valyuta bazarında monetar dəyişikliklər davam etməkdədir`.

Iqtisadçının verdiyi proqnoza görə avronun gələcək məzənnəsi isə birbaşa Vaşinqtonda qəbul edilən qərardan asılı olacaq.

`Belə ki, Federal Ehtiyatlar Bankının uçot stavkasına yenidən baxılacağı və eləcə də yeni emmisiyalar ilə bağlı istənilən açıqlaması dolların dəyirsizləşməsinə və buna uyğun olaraq avronun kursunda yeni artımlar ilə müşahidə ediləcək`.

AzVision.az


Teqlər:



Xəbər lenti