İsrailin terror xəbərdarlığına XİN-dən cavab

İsrailin terror xəbərdarlığına XİN-dən cavab
  25 Mart 2015    Oxunub:2019
"Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür".

Bu sözləri Israilin terror təhlükəsinə görə öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməyə dair tövsiyəsinə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev anspress-in sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, İsrailin Terrorla Mübarizə İdarəsi yəhudilərə dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edib. Həmin bölgələr arasında Azərbaycanda var.



Teqlər:  



Xəbər lenti