Hava sabah da pis olacaq

Hava sabah da pis olacaq
  29 Mart 2015    Oxunub:1796
Martın 29-dan etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.

Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.

Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.


Teqlər:



Xəbər lenti