Elnur Məmmədlinin adı cinayət işində
Araşdırma zamanı məlum olub ki, Ə.Hüseynova əvvəlcədən qurulan plana əsasən, metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq məqsədi ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar M.Hacıyevin hücumuna məruz qalıb. M.Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb. İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan G.Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub. Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Hələlik onların bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib. Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.
O da bildirilib ki, bu şəxlərin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Xəzər RPİ-nə müraciət edə bilərlər.
Qeyd edək ki, Məmmədəli Hacıyev kikboks idman növü ilə məşğul olur. O, zərərçəkənlərə zor tətbiq edən vaxt özünü cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


