Bu prospektdə hərəkət asanlaşdı

Bu prospektdə hərəkət asanlaşdı
  29 Mart 2015    Oxunub:1756
Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, həmin hissədə ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib.

Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti