Azərbaycanlı İŞİD-çilər məhkəmə qarşısında
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin yanında əyləşmələri, cinayət işinə xitam verilməsi və işin yenidən istintaqa qaytarılması barədə vəsatətlər veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Proses aprelin 6-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində radikal dini qruplaşmara qoşulan 26 Azərbaycan vətəndaşı tutulub.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


