Deputat “ASAN Xidmət”dən yazdı

Deputat “ASAN Xidmət”dən yazdı
  01 Aprel 2015    Oxunub:2364
““ASAN Xidmət” artıq bu ölkədə bürokratizmi gəmirən ən faydalı bir sistemdir”.
AzVision.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədəki səhifəsində qeyd qeyd edib.

Deputat “ASAN Xidmət”in faydasından yazıb. Qeyd edib ki, orada hər kəs öz vəzifəsini yerinə yetirir, özbaşınalıq etmirlər:

-Bu gün Bakının Yasamal rayonunuda yerləşən “ASAN Xidmət”ə oğlumla birlikdə ona xarici pasport almağa getmişdim. Evdən çıxarkən düşünürdüm ki, sənədləşmə işi yəqin ki, 3-4 saat çəkəcək. Daxil olub növbə üçün nömrə götürəndən sonra orada işçilərin hər kəslə nizam-intizamlı, səviyyəli davranışını görəndə inanın, o qədər əhvalım yüksəldi ki... Bir neçə nəfərdən sonra növbəmiz çatdı və sənədləri təqdim edəndən sonra 10 dəqiqə içində sənədlərimiz tərtib olundu, vəsiqələrimiz geri qaytarıldı.

Yadıma Mayakovskinin məşhur misrası düşdü və düşündüm ki, “ASAN Xidmət” artıq bu ölkədə bürokratizmi gəmirən ən faydalı bir sistemdir. Demək ki, millətimizdə, insanlarımızda çox az problem var. Doğru-dürüst və hamı üçün şəffaf qaydalar müəyyənləşdirəndə, insanlar da rahatlıqla öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirirlər, özbaşınalıq etmirlər, kimsə özünü başqasından imtiyazlı görmür.

Bilindiyi kimi, “ASAN Xidmət” kimi faydalı bir sistem ölkə prezidentinin ideyası ilə qurulub. Demək ki, bütün sahələrdə bu cür mütərəqqi layihələrin gerçəkləşməsi Azərbaycan insanında öz dövlətinə bağlılıq duyğusunu artıra bilər. Vətəndaş hansısa dövlət idarəsində özünə qarşı sayğı və qayğı görəndə, özünü daha ləyaqətli insan kimi hiss edir. Çıxarkən xidmət rəhbərinin müavini Xətai Hətəmova bu cür səviyyəli xidmətin təşkilinə görə da öz təşəkkürümü bildirdim.

AzVision.az


Teqlər:  



Xəbər lenti