Zakir Həsənov Gürcüstana getdi

Zakir Həsənov Gürcüstana getdi
  02 Aprel 2015    Oxunub:1453
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisi şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə nazirlərinin əvvəlcə üçtərəfli, sonra isə ikitərəfli formatda görüşləri nəzərdə tutulub.

Üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilməsi və üçtərəfli görüşün yekunları barədə medianın məlumatlandırılması planlaşdırılır.

Müdafiə naziri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti